Namiq Qədirov

Namiq Nadir oğlu Qədirov 19 avqust 1966-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbul olub və 1990-cı ildə təhsilini başa vurub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində "Mühasibatlıq" ixtisası üzrə təhsil alaraq, 2000-ci ildə "Mühasibat uçotu və audit" üzrə magistr dərəcəsinə yiyələnib. Peşəkar fəaliyyətinə 1989-cu ildə başlayan Namiq Qədirov, 1989-2002-ci illər ərzində "Caspian Insurance", "AIG Insurance and Financial Company" və "Bon Accord Engineering" kimi müxtəlif yerli və beynəlxalq şirkətlərdə baş mühasib vəzifələrində çalışıb. 2002-2007-ci illərdə "EUPEC Pipe Coatings Azerbaijan" şirkətində maliyyə nəzarətçisi olaraq fəaliyyətini davam etdirib. Fəaliyyətdə olduğu dövr ərzində Namiq Qədirov 2002-ci ildə “Financial Chain Corporation”ı (FCHAIN) təsis etmiş və 2007-ci ildən həmin şirkətin baş direktoru qismində onun beynəlxalq miqyasda genişlənməsini təmin etmişdir.