Abuşov İlkin Əlimovsüm oğlu 06.07.1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1996- 2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Qida məhsullarının texnologiyası” ixtisası üzrə bakalavr təhsili almış, hərbi xidməti yerinə yetirdikdən sonra təhsilini davam etdirərək, 2004-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universiteti “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə magistr təhsili almışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 27 aprel 2024-cü ildə Sahibkarlıq Fəaliyyətində fərqlənməsinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 2024-cü ilin Noyabr ayında Xocalı rayonunda “ACCURATE AZ" MMC şirkətini təsis etmiş, hazırkı dövrədək şirkətin direktoru vəzifəsində çalışır.