
“Brand Award Azerbaijan” Azərbaycanın iqtisadiyyatının müxtəlif sektorlarını təmsil edən yerli ticarət markalarının tanıdılması, təşviqi və dəstəklənməsinə həsr olunmuş nüfuzlu milli müsabiqədir.
Müsabiqə bazarda güclü mövqe qazanmış, istehlakçıların etimadını qazanaraq uğurlu brendə çevrilmiş şirkətlərlə yanaşı, yeni inkişaf edən və yüksək potensiala malik brendlərin də müəyyən edilməsini və geniş auditoriyaya təqdim olunmasını hədəfləyir.
Müsabiqənin əsas məqsədi Azərbaycan brendlərinin nüfuzunun artırılması, onların rəqabət qabiliyyətinin gücləndirilməsi, milli məhsul və xidmətlərin təşviqi, eləcə də yerli şirkətlərin beynəlxalq bazarlara çıxış imkanlarının dəstəklənməsidir.
“Brand Award Azerbaijan” çərçivəsində müxtəlif sahələr üzrə fərqlənən, bazarda möhkəm mövqe qazanmış, güclü reklam strategiyasına malik, media və sosial şəbəkələrdə yüksək tanınma səviyyəsinə, effektiv brend mövqelənməsinə və istehlakçı etimadına sahib olan ticarət markaları müəyyən edilir. Onların brend dəyərinin artırılmasına, innovativ yanaşmaların tətbiqinə, bazar nüfuzunun möhkəmləndirilməsinə və milli biznesin inkişafına verdiyi töhfələr xüsusi mükafatlarla qiymətləndirilir.
“Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gələn 50 brend “Brand Award International” beynəlxal müsabiqəsində iştirak etmək hüququ qazanır.