Azerconnect LLC

Azerconnect LLC

Azerconnect Azərbaycanda dinamik inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən ilk B2B (Biznesdən Biznesə) şirkətidir. 2013-cü ildə yaradılan şirkət beynəlxalq standartlara uyğun geniş çeşiddə İKT xidmətləri göstərir.


Azerconnect B2B sektorunda hərtərəfli, mərkəzləşdirilmiş və innovativ telekommunikasiya xidmətləri göstərməklə ölkənin İKT sektorunun davamlı inkişafına və rəqəmsal transformasiya proseslərinə töhfə verir. Şirkətin xidmətlərinə texnologiya xidmətlərinin tam spektri, müştəri təcrübəsinin idarə edilməsi xidmətləri, ixtisaslaşmış maliyyə xidmətləri, insan resursları, satınalma, logistika və digər dəstək xidmətləri, həmçinin strateji marketinq və satış xidmətləri daxildir.


Şirkət müştərilərə diqqət, təşəbbüskarlıq, çeviklik, yenilikçilik və innovativlik prinsiplərini rəhbər tutaraq, xidmətlərinin çeşidini daim təkmilləşdirir. Azerconnect müxtəlif sənaye və ölkələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupunun NEQSOL Holdinqin bir hissəsidir.