Azersun Holding

Azersun Holding
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan Azərsun Holdinq ölkənin qeyri-neft sektorunda fəaliyyət göstərən ən böyük holdinqidir. Şirkətlər qrupuna qida sənayesi, kənd təsərrüfatı, kağız-qablaşdırma sənayesi və ticarət sahələrində ixtisaslaşmış ISO 9000:2001 beynəlxalq keyfiyyət standartları sertifikatlarına malik 30-dan çox müəssisə daxildir. Bunlar yağ məhsullarının istehsalı və emalı zavodları, çay qablaşdırma fabrikləri, konserv zavodları, qablaşdırma və kağız məhsulları istehsal edən fabriklər, regionun ən böyük şəkər zavodu və kəllə qənd fabriki, yodlaşdırılmış duz zavodu, süd kombinatı, fındıq emalı zavodu, mal-qara üçün yem istehsalı zavodu, həmçinin “Valmont Industries” şirkətinin damcı üsulu ilə suvarma sistemi ilə təchiz olunmuş 4000 hektara yaxın ərazidə müxtəlif məhsulların/bitkilərin yetişdirilməsi  ilə məşğul olan kənd təsərrüfatı müəssisələrinin geniş kompleksidi. Hazırda holdinqin dünyanın bir çox ölkələrində, o cümlədən Rusiya, BƏƏ, Türkiyə, İsveçrə, Şri-Lanka, Gürcüstan, İran, İraq və sairə ölkələrdə nümayəndəlik və ofisləri fəaliyyət göstərir.
Azərsun Holdinqin fəaliyyəti təkcə ölkə və region bazarlarını təmin etmək məqsədi daşımır, şirkət geniş ixrac şəbəkəsinə malikdir. Həmçinin Azərsun Holdinq Unilever transmilli şirkətinin Azərbaycanda distribütorudur. Holdinqin müəssisələrində bu gün 5000-dən çox insan daimi iş yeri ilə təmin olunub.
Azərsun Holdinq İntersun qrupuna daxildir. Qida və kənd təsərrüfatı sənayesi müəssisələri ilə yanaşı, İntersun qrupuna bank, tikinti və neftin nəqli sektorunda fəaliyyət göstərən müəssisələr də daxildir.                                                                                                                                                                            

Ünvan: Azərbaycan, Bakı şəhəri, H. Əliyev pr. 94
Tel: (+994 12) 404-19-19
Faks: (+994 12) 496-68-88
E-poçt: info@azersun.com
URL: www.azersun.com