AZPETROL LTD

AZPETROL LTD
Şirkət haqqında: 1997-ci il iyulun 15-də Bakı şəhərində ilk yanacaqdoldurma məntəqəsinin istismara verilməsi ilə Azərbaycanın iqtisadi məkanına daxil olan "Azpetrol Ltd." MMC-nin əsas fəaliyyəti yanacağın pərakəndə və topdan satışını yanacaqdoldurma və qazdoldurma məntəqələri şəbəkəsi vasitəsilə həyata keçirməkdən ibarətdir.
Hazırda Şirkətin Azərbaycanda ən müasir avadanlıqlarla təchiz olunmuş 104 yanacaqdoldurma məntəqəsi , 1 maye qazdoldurma məntəqəsi, 4 STQ tipli qazdoldurma postu, 4 LPG postu (Propan-Butan), 1 STQ tipli terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.
Həmçinin "Azpetrol"un Azərbaycanın ən iri işəgötürənlərindən biri olduğunu xüsusi ilə qeyd etmək vacibdir. Belə ki, hazırda Şirkətdə çalışan işçilərin ümumi sayı 3400 nəfərdən çoxdur.
 
 
 
Ünvan: Azure biznes mərkəzi, 8 noyabr pr., 91, Bakı, Azərbaycan
Tel: (+99412) 957
Faks: (+994 12) 488-67-57
E-mail: azpetrol@azpetrol.com URL: www.azpetrol.com