Baku International Sea Trade Port CJSC (Port of Baku)

Baku International Sea Trade Port CJSC (Port of Baku)
Şirkət haqqında: "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC (Bakı Limanı) Avrasiyanın aparıcı nəqliyyat-logistika mərkəzlərindən biridir. Liman Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində, Avropa ilə Asiyanı birləşdirən qədim İpək Yolunun üzərində yerləşir. Azərbaycanın paytaxtı Bakıdan cəmi 70 kilometr məsafədə yerləşən və ölkənin əsas dəmir və avtomobil yolları ilə sıx bağlı olan Ələtdəki Bakı limanı Ro-Ro, Bərə və Ümumi Yük Terminalları daxil olmaqla 13 körpüyə malikdir. Liman ərazisinin genişləndirilməsinin ikinci fazası yekunlaşdırıldıqdan sonra Bakı Limanından ildə 25 milyon tona qədər yük aşırılacaq, 500 min TEU konteyner keçə biləcək. 
 
Ünvan: Azərbaycan, AZ1010,
Bakı şəh., Hacıbəyli küç., 140
Tel: (+994 12) 599-00-03
E-poçt: office@portofbaku.com
URL: www.portofbaku.com