Azərbaycanın zəngin, təbii və dərman inqrediyentlərindən məhsulların istehsalı sahəsində ilk milli parfümeriya və kosmetika şirkəti olan Gazelli Group 1999-cu ildə Doktor Zərifə Həmzəyeva tərəfindən təsis edilmişdir.
Şirkətin strukturunda həlledici rolu 12000 m2 sahədə yerləşən, ən müasir avadanlıqla təchiz edilmiş və aylıq 120 tondan çox yüksək keyfiyyətli məhsul istehsal edən fabrik oynayır.20 illik fəaliyyəti ərzində şirkət mühüm aktiv maddələr üçün 18 patentin sahibi olub və elmi araşdırmalar zamanı kosmetik məhsullar üçün 1600-dən çox resept işlənib hazırlanıb.
Şirkətin ətraf mühitə minimal mənfi təsir göstərən yüksək keyfiyyətli məhsul istehsal etmək qabiliyyəti ən nüfuzlu beynəlxalq standart hesab edilən GMP sertifikatı, eləcə də ISO 9001, ISO 14001 və ISO 18001 Avropa standartları ilə təsdiq edilmişdir. 2009-cu ildə Azərbaycanda ekoloji pasport alan ilk müəssisə olan Gazelli Group şirkəti fəaliyyəti dövründə ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi məsələlərini daim diqqət mərkəzində saxlamışdır. Böyük texnoloji potensialı sayəsində Gazelli Group əlverişli müqavilə şərtləri ilə kompozisiyaların hazırlanmasından hazır məhsulların istehsalına qədər bütün xidmətlər spektrini təklif edir.Hazırda "Gazelli Group" təkcə kosmetik məhsullar istehsal edən fabrik deyil, həm də tədqiqat və istehsal laboratoriyasıdır. 2002-ci ildə “Gazelli House” gözəllik, sağlamlıq və uzunömürlülük mərkəzi istifadəyə verilmişdir. 2007-ci ildə Gazelli House UK Londonda fəaliyyətə başlamışdır. Şirkətin fiziki və mənəvi inkişafının vahid fəlsəfəsinə sadiq qalaraq, Gazelli Art House incəsənət qalereyası 2003-cü ildə Bakıda, 2011-ci ildə isə Londonda açılıb. Bu gün məhsullarımız artıq bütün dünyada “Made in Azerbaijan” brendi ilə tanınır. Aldığımız mötəbər, milli və beynəlxalq mükafatlar buna sübutdur.