Veyseloglu Group of Companies

Veyseloglu Group of Companies
Şirkət haqqında: 1994-cü ildə təsis edilmiş Veysəloğlu Şirkətlər Qrupu pərakəndə satış, distribusiya/topdan satış, logistika və istehsal daxil olmaqla təchizat zəncirinin müxtəlif mərhələlərini əhatə edən çoxşaxəli FMCG (gündəlik tələbat malları) qrupudur.
Veysəloğlu Şirkətlər Qrupunun missiyası müştəriləri münasib qiymətə keyfiyyətli məhsullarla təmin etmək, etibarlı tərəfdaşlıq edərək tədarükçülərin inkişafına töhfə vermək, əməkdaşları üçün ədalətli və potensiallarını reallaşdıracaqları iş mühiti yaratmaq, cəmiyyət və ətraf mühit qarşısında öhdəliklərini yerinə yetirməklə dayanıqlı inkişafı dəstəkləməkdir.
Veyseloglu Şirkətlər Qrupunun fəaliyyətinə “Made in Azerbaijan” brendi altında şokolad istehsalı, gündəlik tələbat mallarının idxalı və topdan satışı, supermarketlər şəbəkəsi, endirimli marketlər, çörək sexləri, anbar və logistika, HoReCa xidmətləri, sağlamlıq və şəxsi gigiyena məhsullarının pərakəndə satışı, keytrinq xidmətləri, dondurulmuş qida və içməli su istehsalı zavodları daxildir. Şirkətlər qrupunun Gürcüstan və Türkiyədə də filialları var. Veysəloğlu şirkətlər qrupunda çalışan işçilərin sayı 20.000-dən çoxdur ki, bu da şirkəti ölkənin ən böyük işəgötürənləri ilə bir sıraya qoyur. 
Ərzaq təhlükəsizliyi, davamlı inkişaf və yeni iş yerlərinin yaradılması kimi məsuliyyəti və öhdəliyi öz üzərinə götürən Veysəloğlu ölkə iqtisadiyyatı və əhalisi üçün dəyər yaradır.
                                                                                       
                                          
Ünvan: Keşlə qəsəbəsi, Bakı, AZ1029,Azərbaycan  
Tel.:  (+994 12) 514-30-30
E-mail: info@veyseloglu.az
URL: www.veyseloglu.az