“Caspel” MMC yeni informasiya-kommunikasiya texnologiyalarının geniş spektrdə tətbiqi sahəsində ölkənin ilk İT-inteqrator şirkətlərindən biri kimi 2005-ci ildə təsis edilib. Yaranması Azərbaycan Respublikasının müasir dövlətçiliyinin qurucusu ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi strategiyanın reallaşdırıldığı münbit şəraitə təsadüf edən “Caspel” MMC bu gün ölkənin İKT sahəsinin aparıcı iştirakçısına çevrilə bilib. Şirkətin əsas fəaliyyət istiqamətləri şəbəkə inteqrasiyaları, biznes proseslərinin avtomatlaşdırılması, eləcə İT-audit və konsaltinq kimi sahələri əhatə edir ki, bu gün müasir dövlət və bines idarəçiliyini bunlarsız təsəvvür etmək mümkün deyil.
20 ilə yaxın fəaliyyəti ərzində şirkət yüksək ixtisaslı komanda, eləcə də peşəkar texniki baza sayəsində dövlət, neft-qaz, bank, təhsil, səhiyyə və iqtisadiyyatın digər əhəmiyyətli sahələrində 7000-dən artıq geniş miqyaslı mürrəkkəb layihələrə uğurla imza ata bilib. “Caspel” MMC tərəfindən həyata keçirilən dövlət əhəmiyyətli işlərdən “Oğuz-Qəbələ-Bakı Su Kəməri” boyu SCADA sisteminin çəkilməsi layihəsini xüsusi vurğulamaq olar. Bu layihə çərçivəsində şirkətin mütəxəssisləri tərəfindən borunun uzandığı 250 km. məsafə boyu suyun təziyiqi, miqdarı, axını, eləcə də sızıntını dəqiq GPS zamanı ilə idarə edən nəhəng sistem montaj edilib. “Caspel” MMC-nin yüksək prioritet səviyyəli digər xüsusi layihələri arasından Azərbaycan Respublikası Kənd Təssərrüfatı Nazirliyinin, eləcə də Yeni Azərbaycan Partiyasının inzibati binalarının bütün İKT infrastrukturunun sıfırdan istismaradək qurulması işlərini qeyd etmək olar. Şirkətin həyata keçirdiyi iddialı və mürrəkəb layihələr arasında isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti, həmçinin PMD şirkəti üçün verilənlərin emalı sahəsində gələcəyin addımı sayılan hipperkonvergent sisteminin layihələndirilməsi və qurulması işlərini vurğulamaq lazımdır.
500-ə yaxın peşəkar işçi heyəti olan şirkətin bu gün 5 ölkədə ofisləri fəaliyyət göstərir və bu hələ başlanğıcdır, çünki “Caspel” MMC-nin qarşıya qoyduğu inkşaf konsepsiyasının əsas amilləri sifarişçinin tələblərinin ən yüksək səviyyədə qarşılanması, ölkəmizdə İKT-nin əlçatanlığının artırılması və eyni zamanda ətraf mühitin qorunması kimi meyyarlar durur. Bu yolda biz inamla gələcəyə doğru addımlayırıq