Sensemi DMCC

Sensemi DMCC

Şirkət haqında: 48 il əvvəl rəhbərlik tərəfindən təsis edilmiş SenseMi Group müxtəlif sənaye sahələrinin ehtiyaclarını qarşılamaq üçün fəaliyyət göstərir. 
İntellektual ölçmə sistemlərini ilk tətbiq edən şirkətlərin sırasında olan SenseMi 25 il əvvəl Elster şirkəti ilə birgə müəssisədə rəqəmsal və ağıllı sayğacların, həmçinin  qabaqcıl ölçmə infrastrukturuna (AMI) dair kompleks həllərin istehsalına başladı. Şirkət iki əsas bölmədən ibarətdir. Birinci bölmə Almaniyanın MetCom şirkəti ilə əməkdaşlıq edərək, smart kommunikasiya modulların və AMI proqram təminatına yönəlmiş həllərin tədqiqatı və inkişafı ilə məşğuldu. Ikinci bölmə MDB ölkələrində intellektual ölçmə sistemlərini istehsal edən müəssisələri əhatə edir. 
SenseMi şirkəti yeddi ildən artıqdır ki, "Azərişıq" ASC ilə ağıllı elektrik sayğaclarının quraşdırılması sahəsində əməkdaşlıq edir. Şirkətin Azərbaycandakı  filialı innovativ smart elektrik, qaz, su və elektrik sayğaclarının tətbiqi missiyasının irəliləməsində əsas rol oynayır. 
Keyfiyyət, innovasiya və texnoloji tərəqqiyə sadiq olan SenseMi ağıllı ölçmə həllərinin gələcəyini formalaşdırır.
 
Ünvan: #708, Armada Tower P2, Blok P, Jurmeirah Lakes Towers kompleksi, Dubay ş., Birləşmiş Ərəb Əmirlikləri
Tel.: (+994 51) 522-04-13               
E-mail: daneshvar@sensemi.com; marketing@sensemi-azerbaijan.com
URL: www.sensemi.com