CASPIAN SERVICE

CASPIAN SERVICE
Şirkət haqqında: Azərbaycanın tikinti sənayesinin yenidən dirçəlişinin bünövrəsini qoyan beynəlxalq tikinti şirkəti CASPIAN SERVICE 2001-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təsis edilib. Şirkətin mədəni missiyası ənənəvi şərq memarlıq üslubunun müasir dünya tendensiyaları ilə inteqrasiyası prosesini populyarlaşdırmaqdır. Şirkətin fəaliyyəti nəticəsində yaranan ənənə və müasirlik sintezi o qədər böyük rəğbət qazanıb ki, yeni üslub “Bakı memarlığı” adını alaraq şirkətin vizit kartına çevrilib.
Müəssisə nisbətən qısa müddət ərzində sürətlə inkişaf edən tikinti təşkilatına çevrilmiş və bu günə kimi 1 milyon kv.m-dən artıq sahə, o cümlədən dəbdəbəli yaşayış binaları, ofis binaları, ticarət mərkəzləri, idman kompleksləri, tibb müəssisələri və s. kimi bir sıra layihə inşa edib istifadəyə vermişdir.
CASPIAN SERVICE tərəfindən həyata keçirilən bütün layihələr özünəməxsus milli koloriti, Avropa və klassik memarlıq üslublarının birləşməsi ilə digər şirkətlərin təqdim etdiyi layihələrdən müsbət mənada fərqlənir. Şirkət inşa etdiyi obyektlərin hər birində ətraf mühitin infrastrukturuna, yüksək səviyyəli xidmətin yaradılmasına və təhlükəsiz iş şəraitinin təmin edilməsinə xüsusi önəm verir.
Şirkət təkcə Azərbaycanda deyil, Ukrayna, Qazaxıstan, Gürcüstan, Rusiya, Polşada da bir çox layihələr həyata keçirməkdə davam edir. Şirkət tərəfindən göstərilən xidmətlər arasında layihə inkişafı, tikintidə baş podratçı işi, dizayn, tikintinin idarə edilməsi və marketinq kimi xidmətləri qeyd etmək lazımdır.
CASPIAN SERVICE Azərbaycanda müasir şəhərlərin memarlıq görünüşünü formalaşdırmaq və müəyyən etmək üçün unikal imkandan istifadə edərək, respublikadan kənarda fəaliyyətə başlayan ilk tikinti şirkətidir.
Problemlərin həllinə qeyri-trivial yanaşma, konsepsiyadan icraya qədər hər bir layihəyə məsuliyyətli və yaradıcı münasibət, yüksək ixtisaslı mütəxəssislər, yüksək ixtisaslı komandanın əlaqələndirilmiş işi, fərdi texniki baza və dünyanın ən yaxşı tikinti materiallarının istehsalçıları ilə qurulmuş sıx əlaqələr CASPİAN SERVİS şirkətinə tikinti sənayesinin lideri kimi layiqli yeri tutmağa imkan verib.

Ünvan: Azərbaycan, AZ1009 Bakı,
Z.Əhmədbəyov, 14 küç.
Tel./Faks: (+994 12) 598-00-91
E-poçt: cs@caspianservice.com
URL: www.caspianservice.com