Novum

Novum

2017-ci ildə təsis edilmiş Novum şirkəti məlumatların təhlili/emalı, proqram təminatının hazırlanması və ERP sistemlərinin tətbiqi sahəsində xidmətlər göstərir. Biz uzun illərdir yerli və beynəlxalq bazarlarda fəaliyyət göstərərək çoxsaylı layihələri uğurla həyata keçiririk.

 

Biznes proseslərinin avtomatlaşdırılması, mürəkkəb məlumatların idarə edilməsi və ERP həllərinə artan tələbat səbəbindən biz, hər bir müştəri üçün bazar tələblərinə uyğun fərdi həllər təklif edirik, məsələn, çevik qərarların qəbulu üçün analitika və bir çox biznes sahələri üçün ERP sistemləri.

 

Əsas məqsədimiz təşkilatın korporativ, biznes və funksional təbəqələrində məlumatların idarəetmə mədəniyyətini yaratmaqla qərar qəbuletmə, hesabat və biznes proseslərini həm vizual, həm də proses baxımından növbəti səviyyəyə çatdırmaqdır.

 

Microsoft-un partnyoru olaraq biz müştərilərimiz üçün fasiləsiz iş prosesini və rəqəmsal keçidi təmin etmək üçün beynəlxalq səviyyədə tanınmış bütün Microsoft bulud texnologiyalarını və əlaqəli texnoloji strukturları sahəsində olan yenilikləri izləyir və tətbiq edirik.

 

Texnologiya, aerokosmik sənaye, neft, biznes-konsaltinq, qeyri-kommersiya təşkilatları, risk və maliyyə, habelə təhsil sahəsində geniş bilik və sənaye təcrübəsi ilə zənginləşdirilmiş bir komanda ilə müştərilərimizin müxtəlif tələb və ehtiyaclarına xidmət etmək üçün güc, qətiyyət və sınanmış metodologiyalar gətiririk. Texnoloji inkişafın ön cəbhəsində qalmaq üçün biz ən yaxşı sahə təcrübəmizi, müştəri mərkəzli yanaşmanı və unikal metodologiyaları tətbiq etməyə çalışırıq. Bizim missiyamız müştərilərimizə müvafiq sahələrində uzunmüddətli təsir göstərən innovativ həllər təqdim etməkdir.