"Meqa Həyat Sığorta" şirkəti 17 sentyabr 2019-cu il tarixində qeydiyyata alınıb və 19 fevral 2021-ci ildə həyat sığortası lisenziyası alıb. Şirkət İcbari Sığorta Bürosu və səlahiyyətli sığortaçılar reyestrinə daxil edilib. Nizamnamə kapitalı 11 milyon AZN təşkil edir və təsisçisi "Meqa Sığorta" ASC-dir. Şirkət icbari, korporativ, ipoteka, yaşam və kredit həyat sığortası kimi xidmətlər təklif edir.