TÜV AUSTRIA

TÜV AUSTRIA

TÜV AUSTRIA 1872-ci ildə Avstriyanın Vyana şəhərində təsis edilmişdir. 35-dən artıq ölkədə 3000-dən çox

əməkdaşı olan şirkət dünyada sınaq, inspeksiya, risklərin qiymətləndirilməsi, texniki nəzarət, kiber

təhlükəsizlik, məlumatların qorunması, sertifikatlaşdırma, həçminin təlim-tədris sahələrində müştərilərimiz və

partnyorlarımıza xidmət göstərir. TÜV AUSTRIA fəaliyyətini Avstriyanın Milli Akkreditasiyası, həmçinin ölkələr

üzrə yerli akkreditasiyalar əsasında həyata keçirir. İstixana qazlarının emissiyasının azaldılmasının validasiyası və verifikasiyası daxil olmaqla, ətraf mühitin qorunması sahəsində TÜV AUSTRIA xüsusi təcrübəyə malikdir. 22.09.2017-ci ildə qeydiyyata alınmış "TÜV AUSTRİA"  "AZƏRBAYCAN MMC TÜV AUSTRIA"-nın Azərbaycan Respulikasındakı rəsmi ofisidir. TÜV AUSTRIA AZƏRBAYCAN milli və beynəlxalq akkreditasiyalar əsasında EN və ISO standartlarına uyğun olaraq qiymətləndirmə və sertifikatlaşdırma fəaliyyətlərini, həmçinin inspeksiya və sınaqları həyata keçirir. Bundan əlavə, 2022-ci ildən etibarən, TÜV AUSTRIA ACADEMY adı altında şirkət təlimlər təklif edir.