2024-cü ildən fəaliyyətə başlayan "SOCAR Green", bərpa olunan enerji təşəbbüslərini inkişaf etdirərək Azərbaycanın dayanıqlı enerji mühitinin formalaşmasında önəmli rol oynayır. "SOCAR Green" bərpa olunan enerji layihələrinin inkişafına, karbon tutulması, utilizasiyası və saxlanılması (CCUS) texnologiyalarının araşdırılmasına, enerji səmərəliliyinin artırılması və enerji saxlama həllərinin inkişafına, eləcə də yaşıl hidrogen təşəbbüslərinin həyata keçirilməsinə diqqət yetirir.