AZ-FİLTER

AZ-FİLTER
“AZ-FİLTER ” MMC 2007-ci ildən minik və yük avtomobilləri üçün hava, yağ, yanacaq, hidravlik və kabin filtrlərinin, eləcə də, sənaye və kənd təsərrüfatında istifadə edilən texnikalar üçün filtrlərin istehsalı ilə məşğul olur. Qeyd edək ki, “AZ-FİLTER” MMC filtr istehsalı sahəsində ölkəmizin ilk və ən qabaqcıl istehsal müəssisəsidir. Müəssisəmiz, su nəqliyyatında, gəmi və gəmiqayırma sənayesinə məxsus bütün cihaz, qurğu və avadanlıqlarda, həmçinin dəniz-su motorlarında, eyni zamanda sənaye motorlarında, kənd təsərrüfatı texnikalarında, yolsalma ve inşaat maşınlarında, ümumiyyətlə, metropolitendə mədən maşınlarında, ekstrodent avadanlıqlarda, vakuum nasoslarda, kompressorlar, turbinlər, qaldırıcı mexanizmlər, ekskovatorlar və elektron avadanlıqlarda istifadə edilən ilkin və son təmizləmə filterlərinin istehsalını həyata keçirir. Müəssisəmiz istənilən sayda və yüksək keyfiyyət standartlarına cavab verən təchizat potensialına malikdir.