🇦🇿 “Avrora” MMC 2000-ci ildən fəaliyyət göstərən Azərbaycanın aparıcı distribüter və istehsalçı şirkətidir. Şirkət 12,000-dən çox ticarət nöqtəsinə 2000-ə yaxın məhsul çeşidi təqdim edir. “Avrora” MMC 68,000 kv.m sahəsi olan logistika mərkəzinə və ölkə üzrə 8 filiala malikdir. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda makaron fabriki, qənnadı fabriki, qazlı və qazsız içkilər fabriki, karbon dioksid fabriki, un istehsalı fabriki və polietilen fabriki fəaliyyət göstərir. "Avrora" MMC yerli məhsulların ixracını təmin edərək, ölkə iqtisadiyyatına da töhfə verir.
“Avrora MMC” müasir texnologiyalar və yüksək keyfiyyət standartlarına əsaslanaraq, Azərbaycanda və beynəlxalq çərçivədə daha böyük uğurlar əldə etməyi hədəfləyir və müştərilərinə yüksək məhsul keyfiyyəti təqdim etməyə davam edir.