Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin geniş spektri əhatə edən xidmətləri mövcuddur. Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz və rahat adaptasiya edilən xidmətlər təqdim edir. “AzInTelecom” MMC ("Azerbaijan International Telecom") şirkət strategiyasını müasir rəqəmsal həllər təklif edərək müştərilərin ehtiyaclarını qarşılamaq üzərində qurub. Şirkətin xidmətləri arasında güclü və təhlükəsiz bulud həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivliyi təmin edən rəqəmsal platformalar, kibertəhlükəsizlik həlləri, IT konsultasiya və monitorinq xidmətləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə "AzInTelecom", müştərilərinə rəqəmsal transformasiya, təhlükəsizlik və operativlik sahəsində müasir texnologiyaları təqdim etməklə, iş dünyasında innovasiyalara liderlik edir.