“Sirab” mineral su zavodu Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndində, Naxçıvan şəhərindən 14,6 km şimal-şərbdə yerləşir. Sirab mineral su yatağı Şorsudərə, Kəlbəağıl və Kütandağ olmaqla üç əsas yeraltı mineral su hövzəsindən ibarətdir. Bu sulardan qədim dövrlərdən etibarən həm içməli, həm də müalicəvi məqsədlərlə istifadə olunmuşdur. Sirab mineral suyundan sənaye məqsədilə istifadə XX əsrin 50-ci illərindən başlanmış, 1968-ci ildə yatağın ehtiyatları rəsmi olaraq təsdiqlənmişdir. Hazırda zavodda 7 texnoloji xətt üzrə qazlı və qazsız təbii mineral sular müxtəlif həcmli PET və şüşə qablaşdırmalarda istehsal olunur.

