Umid Babek Operating Company

Umid Babek Operating Company
“Umid Babek Operating Company” Əməliyyat Şirkəti “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin (UBOC) Azərbaycan Respublikasındakı filialı Bakı şəhərindən 75 km cənubda, Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən “Ümid-Babək” dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarını həyata keçirir. “Ümid-Babək” blokunun kəşfiyyatı və işlənməsi üzrə Risk Service Contract (RSC) 2017-ci il yanvarın 12-də imzalanıb və həmin ilin mayında qüvvəyə minib. RSC çərçivəsində UBOC şirkətinin səhmdarları SOCAR (80%) və "Nobel Upstream" (UK) şirkətləridir (20%). “Ümid” yatağının kəşfi 24 noyabr 2010-cu ilə təsadüf edir və Azərbaycanın müstəqillik dövründə SOCAR tərəfindən kəşf edilən ilk qaz-kondensat yatağı kimi tarixə düşüb. Yataq 2012-ci ildə istismara verilib. Hesablamalara görə, yatağın ümumi ehtiyatı 200 milyard m3 qaz və 40 milyon m3 kondensat həcmində qiymətləndirilir.