10.09.2026
“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı, “Caspian Service” şirkətinin sponsorluğu ilə 2-5 sentyabr 2026-cı il tarixlərində Batumi şəhərinə təşkil olunan “Grand CEO Tour” çərçivəsində Azərbaycan iş adamları və şirkət rəhbərlərindən ibarət nümayəndə heyəti Batumi şəhərinin meri Qiorqi Tsintsadze ilə görüşüb.
Sentyabrın 4-də keçirilən görüş zamanı Batumi şəhərinin inkişaf prioritetləri, biznes və investisiya mühiti, Batuminin beynəlxalq biznes və investisiya mərkəzi kimi potensialı, Azərbaycan və Batumi şəhərinin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları, eləcə də müxtəlif sahələrdə həyata keçirilən layihələr müzakirə olunub.
Görüş zamanı Batumidə “Grand City Forum”un keçirilməsi ilə bağlı planlar xüsusi diqqət mərkəzində olub. Bildirilib ki, forum şəhər inkişafı, investisiya, infrastruktur, biznes və beynəlxalq əməkdaşlıq məsələləri, “ağıllı şəhər” və digər innovativ texnologiyaların tətbiqi ətrafında müxtəlif ölkələrdən biznes nümayəndələrinin bir araya gəlməsi və fikir mübadiləsi aparması üçün mühüm müzakirə məkanı ola bilər. Bununla yanaşı, Naxçıvan və Batumi şəhərlərinin qardaşlaşmış şəhərlər olması nəzərə alınaraq, Batumidə keçirilməsi planlaşdırılan “Grand City Forum”un analoji formatda Naxçıvanda, Acarıstan iş adamlarının iştirakı ilə təşkil olunacaq.
Rasim Mahmudov Qiorqi Tsintsadzeyə “Caspian Energy” jurnalının yeni buraxılışlarını təqdim edib və Acarıstan Muxtar Respublikasına həsr olunmuş xüsusi buraxılışının nəşr olunmasını təklif edib.
Eyni zamanda, görüşdə Acarıstanda “AZEXIM Week” keçirilməsi ilə bağlı planlar da təqdim olunub. Qeyd edilib ki, həftə çərçivəsində “Caspian Energy Forum”, “Grand City Forum”, “AZEXIM Forum” və “AzAI Forum” daxil olmaqla beynəlxalq forum və platformaların keçirilməsi nəzərdə tutulur. Bu təşəbbüsün Batuminin və ümumilikdə Acarıstanın iqtisadi, investisiya və şəhər inkişafı potensialının beynəlxalq auditoriyaya təqdim olunmasına əlavə imkanlar yaradacağı vurğulanıb.
Görüş zamanı “Caspian Energy Club”ın üzvləri Batumi şəhərinin meri Qiorqi Tsintsadzeyə və şəhər rəhbərliyinə Azərbaycan nümayəndə heyətinin qəbuluna, səmimi və işgüzar fikir mübadiləsinə, həmçinin əməkdaşlıq üçün yaradılan imkanlara görə təşəkkürlərini bildiriblər.
“Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Qiorqi Tsintsadzeyə “Caspian Energy Club”ın fəxri üzv sertifikatını və Azərbaycan futbolunun inkişafını və idman sahəsində əməkdaşlığın təşviqini simvolizə edən “MyGroup Holding”ə məxsus “Şəfa” futbol klubunun formasını təqdim edib.
Qeyd edək ki, 2-5 sentyabr tarixlərini əhatə edən “Grand CEO Tour” proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti Acarıstan Muxtar Respublikasının hökumətinin başçısı Zurab Pataradze, Acarıstan Muxtar Respublikasının maliyyə və iqtisadiyyat naziri Ednar Nataridze, həmçinin DEİK Türkiyə-Gürcüstan İşgüzar Şurasının sədri Osman Çalışkan Mzhavanadze və assosiasiya üzvləri ilə görüşlər keçirib.
Sentyabrın 3-də Zurab Pataradze ilə keçirilən görüş zamanı Acarıstan Muxtar Respublikasına “Caspian Business Award” mükafatı təqdim olunub. Acarıstan “Turizm sektoruna investisiya üçün ən əlverişli region” (Best Region for Investment in the Tourism Sector) nominasiyasında 1-ci yerə layiq görülüb.
Bununla yanaşı, səfərdə iştirak edən şirkətlərin nümayəndələri potensial yerli biznes tərəfdaşları ilə fərdi B2B görüşlərdə iştirak ediblər. Görüşlər zamanı qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub və gələcək tərəfdaşlıqlar üçün ilkin əlaqələr qurulub.
“Grand CEO Tour” çərçivəsində iş adamları Gürcüstanın Goderdzi dağ-xizək kurortunda keçirilən “Investment Forum”da iştirak edib, Batumi Dəniz Limanını, Nobel Qardaşları Texnologiya Muzeyini və bir sıra istehsal müəssislərini ziyarət ediblər.
“Grand CEO Tour”da “Caspian Energy Club”ın üzvü olan "Amexline", "Azərsun Holding", "Azmetco", "Bureau 19", "Caspian Services", "Certspmc Services Limited", "Debet Safety", "Eight Group", "Liv Hospital", "Sabah Investment Group", "Veyseloglu Group of Companies" və diqər şirkətlərin rəhbərləri və nümayəndələri iştirak edib.
“Caspian Energy Holding” haqqında qısa məlumat
İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.