5-ci “Brand Award International 2026” qlobal müsabiqəsinin qalibləri müəyyən edilib

20.10.2026

“Award Organizers Group” tərəfindən təşkil olunan, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) rəsmi dəstəyi, “Azərbaycan Sənaye Sığorta” ASC, “Baku Container”, “Azerish”, “ERPGO” şirkətlərin sponsorluğu ilə keçirilən 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsi başa çatıb. Müsabiqə çərçivəsində müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən, öz seqmentində möhkəm mövqeyi ilə seçilən və ictimaiyyət arasında tanınan 50 ticarət markası müəyyən edilərək mükafatlandırılıb.

Tədbirdə Azərbaycanla yanaşı, Xəzər, Qara dəniz və Baltik regionlarının ölkələrini təmsil edən ticarət markalarının rəhbərləri, müsabiqənin rəsmi tərəfdaşları və partnyorları iştirak ediblər. Müxtəlif bazarları və iqtisadi sahələri təmsil edən iştirakçıların bir araya gəlməsi beynəlxalq biznes əlaqələrinin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması və yeni əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün imkan yaradıb.

5-ci “Brand Award International 2026” qlobal müsabiqəsinin qalibləri sırasında "Araz Supermarket", "Veysəloğlu” şirkətlər qrupu, "Veysəloğlu” distribusiya, "Araz Akademiyası", "Rossmann", "Predo Baby", "Sirab", "Xonça", "Ulduz" Şokolad Fabriki, "Badamlı", "Walid Cheese", "OBA Market", "SPAR", "Zoo Shop", "Decoliv", "Blueva", "Zahra Diffusion", "Bizim Tarla", "O to Go", "Bizim Süfrə", "Slavyanka", "Biaxial Films Packaging", "Sun Paper", "Bismak", "Bosch", "Oyal Plus", "Azpetrol Ltd. LLC", "Çörəkçi", "Azərduz", "Mərcan", "Azərşəkər", "Final Oil", "Aura", "Zeytun bağları", "Bolt Azərbaycan", "Sultan Basmati", "Canon", "Atena", "Konti", "ABB-İnvest İnvestisiya Şirkəti", "ASAN Ödəniş", "Ofisait", "Saville", "Adore Perfumery & Cosmetics", "Nati", "ASAN Radio", "Bolt Food", "Al Market MMC", "RotFront", "Möcüzə" kimi brendlər yer alıb.

Xatırladaq ki, 5-ci “Brand Award International 2026” qlobal yekun müsabiqədə müxtəlif ölkələrdə keçirilən milli və regional “Brand Award” müsabiqələrinin qalibləri iştirak ediblər.


“Caspian Energy Holding” haqqında qısa məlumat

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.