“Nar” nitq və eşitmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədilə Azərbaycan dilində ilk elektron jest dili lüğətini hazırlayıb.
“Nar” nitq və eşitmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədilə Azərbaycan dilində ilk elektron jest dili lüğətini hazırlayıb. Özündə 5000-dən çox sözün foto və video təsvirlərini cəmləyən Jestdili.az elektron lüğəti 30 mindən çox fiziki məhdudiyyətli insan sərbəst şəkildə jest dilini öyrənmək imkanı tanıyır. Jestdili.az layihəsinə görə “Nar” Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən “Qızıl Dünya Mükafatı”na layiq görülüb.