Mayın 23-də MyGroup Holding və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası arasında görüş keçirilib. Görüşdə AFFA-nın baş katibi Sərxan Hacıyev, "Şəfa" futbol klubunun prezidenti Sərdar Salmanzadə, "Şəfa" futbol klubunun vitse-prezidenti Kənan Sadiqli, Mygroup Holdingin nümayəndəsi Fariz Sultan-Əhmədi, Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev iştirak edib. Bu barədə Caspian Energy Media-ya Mymi MMC-nin direktoru Fariz Sultan-Əhmədi bildirib.
Görüşdə Şəfa futbol klubunun adından MyGroup Holding AFFA-nın rəhbərliyinə yeni futbol stadionunun inşası, habelə Şəfa futbol klubunun gələcək planları haqqında məlumat verilib.
Qeyd etmək lazımdır ki, tərkibində 17 şirkət olan MyGroup holdinq 2017-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Şirkətin baş ofisi Dubayda, ikinci ofisi isə Azərbaycanda yerləşir. Bundan əlavə, holdinqin Kanada, Rusiya, Türkiyə və Gürcüstanda ofisləri var.