Linguist 26 may - 2 iyun tarixlərində LEF Network Azerbaijan layihəsi çərçivəsində baş tutan işgüzar səfərə qatılıb. Bu barədə Linguist şirkətinin icraçı direktoru Nəzrin Məmmədova bildirib.
Qeyd edək ki, səfər çərçivəsində Caspian Energy Club üzvləri Latviya, Estoniya və Finlandiyanı ziyarət edəcəklər. Səfərdə iştirak edən Linguist şirkətinin icraçı direktoru Nəzrin Məmmədova Caspian Energy Media-ya səfərdən gözləntiləri barədə məlumat verib. Onun sözlərinə görə, artıq Latviyanın Turiba Universiteti ilə müqavilə imzalanıb. Mayın 28-də isə Latviya Universiteti ilə müqavilə planlaşdırılır. Tallin və Helsinkidə də həmçinin universitet və dil mərkəzləri ilə yeni anlaşmalar planlaşdırılır. “Biz bəzi təhsil müssəsilərə ilə mübadilə proqramları çərçivəsində müəyyən işbirliyi yaradmağı da düşünürük”, - Linguist şirkətinin icraçı direktoru Nəzrin Məmmədova bildirib.
Xatırladaq ki, Caspian Energy Club International European Union Central Baltic proqramı tərəfindən yaradılmış LEF Network Azerbaijan layihəsinin rəsmi tərəfdaşı seçilib. 3 illik LEF Network Azerbaijan layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Keçən il start verilən layihə yaxın 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sahəsində çalışan şirkətlərə dəstək olacaq. Bu layihə çərçivəsində Finlandiya, Estoniya və Latviyanın şirkətləri ilə Azərbaycan arasında 36 ay ərzində İKT, yaşıl texnologiyalar və təhsil sahələrində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları sırasında Latviyanın Ticarət və Sənaye Palatası, Estoniyanın Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universiteti kimi qurumları yer alıblar.