AvtomatikaAz MMC və Sunstar Group şirkətlərinin nümayəndələri arasında görüş keçirilib.
AvtomatikaAz MMC və Latviyanın Sunstar Group şirkətinin nümayəndə heyətləri arasında görüş keçirilib. Bu barədə AvtomatikaAz MMC-nin təsisçisi və direktoru Xalid Səmədov bildirib.
Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Latviyanın paytaxtı Riqa şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüşün əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlığın inkişafı və faydalı əlaqələrin genişlənməsi olub.
AvtomatikaAz MMC 2019-cu ildən Azərbaycan Respublikasının daim inkişaf edən sənaye avtomatlaşdırma sənayesinin aparıcı şirkətlərindən biridir. Fəaliyyətinin əsas istiqaməti istehsal proseslərinin avtomatlaşdırılması, sənaye avadanlıqlarının istehsalı, eləcə də onun üçün ehtiyat hissələrinin satışıdır. İnşaat, kimya, tekstil və qida sənayesində fəaliyyət göstərən şirkət tam yerli və milli PLC, SCADA, eləcə də bütün avtomatlaşdırma həllərini təklif edir.
Sunstar Group İş Sağlamlığı və Təhlükəsizliyi modelini və iş mühitinin inkişaf strategiyasını həyata keçirən şirkətdir. Sunstar Group-un əsas məqsədi insanlara və onların rifahına yönələn əməyin mühafizəsi proseslərinin idarə edilməsini dəyişdirmək və eyni zamanda qaydalara riayət etməkdir.
Qeyd edək ki, bu görüşlər LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.