iCloud Academy və Helmi Learning şirkətlərinin nümayəndələri arasında görüş keçirilib

Mayın 31-də iCloud Academy və Helmi Learning şirkətlərinin nümayəndələri arasında görüş keçirilib. Bu barədə Icloud Academy-nin təsisçisi və direktoru Tutu Məcidova bildirib.

Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Finlandiyanın paytaxtı Helsinki şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüşün əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlığın inkişafı və faydalı əlaqələrin genişlənməsi olub.

StudyLab Təhsil və İnkişaf Mərkəzi XXI əsrdə insanın əsas məqsədini səmərəlilikdə, yəni inkişaf etməkdə, öyrənməkdə və imkanlarını maksimum dərəcədə artırmaqda görən və buna inanan peşəkar təlimçilər və iş adamları tərəfindən 2019-cu ildə yaradılmışdır.

Helmi Learning tədris planının və müəllim hazırlığının əsası uşaqların tədris prosesində fəal iştirak etmək hüququ, bərabərlik və davamlı həyat tərzidir. Həmçinin bütün tədris planları Finlandiyanın ECEC milli əsas tədris planına əsaslanır.

Qeyd edək ki, bu görüşlər LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.