Abdul Həbibov “Caspian Energy”ni 25 illik yubileyi münasibətilə təbrik edib

“Günəş” şirkətinin direktoru Abdul Həbibov “Caspian Energy Club”ın təşkil etdiyi B2G görüşdə Caspian Energy Media-ya müsahibə verib.

“Caspian Energy” brendini 25 illik yubileyi münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayıram. Kluba üzvlük sayəsində biz daim inkişaf edir, bir sıra yeni əməkdaşlıqıar əldə edir, networking imkanlarımızı artırırıq”, - deyə Abdul Həbibov bildirib.

“Günəş” şirkəti 2000-ci ildə yaradılmışdır. Şirkət sənaye və laborator qazların istehsalı, emalı və təyin edilmiş əraziyə çatdırılması sahəsində ən mühüm şirkətlərdən biridir. “Günəş” şirkəti, Bakı-Tbilisi-Ceyhan (BTC), Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz (Mərhələ 1 və Mərhələ 2), Heydər Əliyev adına Neft Emalı Zavodunun (HAOR) Modernləşdirilməsi və Yenidənqurulması Layihəsi kimi layihələrdə iştirak edərək həm neft-qaz, həm də qeyri-neft və qaz sektorlarında böyük layihələr həyata keçirib. Şirkət eyni zamanda qaz silindirlərinin sınağı, təmiri və sertifikatlaşdırılması, 2-ci sinif təhlükəli yüklərin daşınması  lisenziyası xidməti də göstərir.

Daha ətraflı