Telman Əliyev Dünya Bankı Qrupunun “Business Ready” hesabatının Yol Xəritəsinin təqdimat müzakirələrində iştirak edib

25.07.2024

İyulun 24-də keçirilən “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (internet)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin təqdimatda “Caspian Energy Club”ın sədri və Qrupun baş icraçı direktoru Telman Əliyev iştirak edib. Bu barədə “Caspian Energy Club”ın sədri və Qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edərək müvafiq Yol Xəritəsinin 3 əsas sütundan ibarət olmaqla, internetə qoşulma üzrə normativ hüquqi bazanın daha da təkmilləşdirilməsi, internetin təhlükəsizliyi, tariflər və qoşulma tələblərinin şəffaflığı, kommunal xidmət təminatçılarının qarşılıqlı fəaliyyəti, planlaşdırılan internet kəsintilərinin öncədən bəyan edilməsi və digər əsas istiqamətlərdə 20-dən çox tədbirin icrasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Azranking.az”  saytında olan sorğularda aktiv iştirak edib öz mövqeyinizi bildirərək, siz qarşılaşdığınız çətinlikləri və onların mümkün ola biləcək çıxış yolunu tapmağa vəsilə ola bilərsiniz”, - deyə Telman Əliyev tədbirdə sahibkarlara çağırış edib.

Qeyd edək ki, sözügedən Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov tərəfindən 9 iyul 2024-cü il tarixində təsdiq edilib.