"YES Travel" agentliyi artıq turizm kurslarının tədrisinə başlayır

19.08.2024

"YES Travel" agentliyi artıq turizm kurslarının tədrisinə başlayır. “Caspian Energy Media”ya verilən məlumata görə, 26 Avqust tarixindən etibarən ilk qrupla təlimlərə start verilir.

Kurs 3 proqramı əhatə edir:

·        Aviakassir təlimi (Aviabiletlərin rəsmiləşdirilməsi)

·        Tur menecer təlimi (Tur paketlərin yığılması)

·        Viza təlimi (Müxtəlif ölkələrə viza dəstəyi xidməti)

Əlavə üstünlüklər:

Kursu müvəffəqiyyətlə bitirən və yaxşı nəticə əldə edən tələbələr üçün beynəlxalq sertifikat və işlə təmin olunma şansı.

Turoperatorlarla görüş və müzakirələr.