"Brand Award Azerbaijan 2024" - öz brendini tanıt!

30.10.2024

Böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, "Award Organizers Group"un təşkilatçılığı, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi (COPAT), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu (SİF) və “Caspian Energy Club”ın rəsmi dəstəyi ilə 7-ci "Brand Award Azerbaijan" milli müsabiqəsinin qeydiyyatına start verilir.

Azərbaycanda fəaliyyət göstərən yerli korporativ, sosial, xidmət və məhsul brendləri bu müsabiqəyə qoşularaq, 2024-cü ilin ən tanınan 50 brendi sırasına daxil ola bilərlər. Səsvermə 6-27 yanvar tarixləri arasında müstəqil beynəlxalq platformada onlayn formatda keçiriləcək. Sorğuda iştirak etmək istəyən şirkətlər brendlərini dekabrın 1-nə qədər təqdim etməlidirlər.

Səsvermənin nəticələri 5 fevral tarixində "Grand CEO Party" çərçivəsində keçiriləcək 7-ci "Brand Award Azerbaijan" milli müsabiqəsinin təqdimat mərasimində açıqlanacaq.  7-ci "Brand Award Azerbaijan" milli müsabiqəsində qalib gələn 50 milli brend “Award Organizers Group” tərəfindən digər ölkələrdə təşkil olunan müsabiqələrin qalibləri ilə rəqabət aparacaq. 

"Caspian Energy Club" üzvləri statuslarına uyğun olaraq brendlərini qeydiyyatdan keçirə bilərlər. Müsabiqə bitdikdən sonra yalnız səsvermədə iştirak edən şirkətlər brendlərin coğrafi və demoqrafik reytinqini əldə etmək hüququna malik olacaqlar.

"Caspian Energy Club" üzvləri üçün statusa uyğun olaraq ödənişsiz namizəd brendlərin sayı aşağıdakı kimidir:

* Premium üzv: 50 brend
* Platin üzv: 24 brend
* Qızıl üzv: 12 brend
* Gümüş üzv: 6 brend

"Caspian Energy Club"ın Premium, Platin, Qızıl və Gümüş üzvləri üçün təyin olunan brend sayından əlavə olaraq, hər bir əlavə brendin iştirak haqqı 150 AZN + 18% ƏDV təşkil edir.

18 dekabr Gülüstan sarayında keçiriləcək Caspian Business Award müsabiqəsində iştirak edən hər bir şirkət yerli 1 (bir) brendini 7-ci "Brand Award Azerbaijan" milli müsabiqəsində, xarici 1 (bir) brendini isə "Brand Award International" müsabiqəsində təqdim edə bilər. Caspian Business Award müsabiqəsində iştirak : 350 AZN + 18% ƏDV

"Caspian Energy Club" üzvü olmayan şirkətlər üçün "Brand Award Azerbaijan" milli müsabiqəsində əlavə 1 brendin iştirak haqqı 350 AZN + 18% ƏDV təşkil edir.

Hər birinizi 7-ci "Brand Award Azerbaijan" milli müsabiqəsində iştirak etməyə dəvət edirik!

Daha ətraflı