Bakıda 20-ci Yubiley Beynəlxalq “Caspian Investment Forum” keçirildi

Bakıda 2025-ci ilin 26 noyabr tarixində 20-ci Yubiley Beynəlxalq “Caspian Investment

Forum” təşkil edilmişdir. “İnvestisiya dalğalarında yenilik rüzgarı” şüarı altında baş tutan bu

tədbir “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ)

təşkilatçılığı, “ABB-İnvest”in baş tərəfdaşlığı, Bakı Fond Birjasının rəsmi tərəfdaşlığı və

“Media Balans”ın kreativ tərəfdaşlığı ilə ərsəyə gəlmişdir. 20-ci Yubiley Beynəlxalq “Caspian

Investment Forum” beşinci “Caspian Investment Week” çərçivəsində keçirilmişdir.

Regionun və beynəlxalq iqtisadiyyatın aparıcı simalarını bir araya gətirərək, sərmayə mühitinin

hazırkı mənzərəsini və gələcək inkişaf trayektoriyalarını əhatə edən forum çərçivəsində

genişmiqyaslı fikir mübadiləsi aparılmışdır. İştirakçılar bazar trendləri, kapital axınları və

innovativ maliyyə alətləri barədə real təcrübələrini bölüşərək, qarşılıqlı əməkdaşlığın gələcək

istiqamətlərini müzakirə etmişlər.

Tədbirdə Azərbaycanla yanaşı, Çexiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Türkiyə,

Macarıstan və ABŞ-dan olan sahibkarlar və sərmayədarlar da iştirak edərək çoxşaxəli biznes

dialoqu yaratmışlar. Forumun açılış nitqini təqdim edən “Caspian Energy Club”ın sədri və

qrupun baş icraçı direktoru Telman Əliyev həm klubun fəaliyyəti, həm də forumun strateji

əhəmiyyəti haqqında iştirakçılara geniş məlumat vermişdir.

Açılış mərasimindən sonra Mərkəzi Bankın nümayəndəsi tərəfindən əsas məruzə təqdim

olunmuş, regional kapital bazarlarının inteqrasiyası, maliyyə sabitliyi və dayanıqlı inkişaf

istiqamətləri ətrafında dair müzakirələr aparılmışdır.

“Qiymətli kağızların buraxılması yolu ilə kapital cəlbi” adlı birinci panel iri korporasiyaların,

investisiya fondlarının və bank sektorunun aktual məsələlərinə həsr olunmuşdur. Paneldə

“Azərsun Holdinq”in baş maliyyə direktoru Nejat Ersoy, “Samruk-Kazyna”nın İnvestisiyalar

üzrə rəhbəri Balım Jassıbek, Asiya İnkişaf Bankının Özəl Sektorun İnkişafı üzrə baş inzibatçısı

Sənan Şabanov və “Bank of Baku”nun Xəzinədarlıq departamentinin direktoru Özal Talıblı

çıxış etmişlər. Müzakirələrə “ABB Invest İnvestisiya Şirkəti” QSC-nin icraçı direktoru Nadir

Babazadə moderatorluq etmişdir.

“Qiymətli kağızların təkrar bazarda tədavülü” adlı ikinci panel kapital bazarlarının çevikliyi,

investor etimadının artırılması və bazar infrastrukturunun təkmilləşdirilməsi kimi mövzular

ətrafında səslənən müzakirələrlə yadda qalmışdır. Panelin spikerləri Azərbaycan

Respublikasının Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvü Ramin Nurəhmədov, Bakı

Fond Birjasının Əməliyyat departamentinin direktoru Mətin Yolçiyev, “DriveWealth”

şirkətinin Strateji Biznes üzrə Vitse-Prezidenti Selom Tetteh və “Galt & Taggart” şirkətinin

sədr müavini Ketevan Toidze olmuşdur. Panelin moderatoru qismində “ABB Invest İnvestisiya

Şirkəti” QSC-nin Biznesin inkişafı departamentinin direktoru Elçin Məmmədov çıxış etmişdir.Panel müzakirələrinin sonunda hər iki panelin spikerlərinə 20-ci Beynəlxalq “Caspian

Investment Forum”un uğurlu təşkilinə verdikləri dəstəyə görə təşəkkürnamə sertifikatları

təqdim edilmişdir.

Forumun rəsmi hissəsi başa çatdıqdan sonra ənənəvi networking sessiyası baş tutmuş,

iştirakçılar yeni işgüzar əlaqələr qurmaq, potensial tərəfdaşlıqları müzakirə etmək və gələcək

birgə layihələr üçün perspektivləri müəyyənləşdirmək imkanı əldə etmişlər.

“İqtisadiyyatın əsasını insanların bir araya gələrək formalaşdırdığı güvən, əməkdaşlıq və ortaq

ideyalar təşkil edir. Hər uğurlu investisiya hekayəsinin kökündə də məhz səmimi ünsiyyət və

uzaqgörən əməkdaşlıq dayanır. Biz ümid edirik ki, 20-ci Beynəlxalq “Caspian Investment

Forum” bu ruhu daha da gücləndirəcək, yeni tərəfdaşlıqların yaranmasına, innovativ

layihələrin formalaşmasına və regional iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə

qədəm qoymasına təkan verəcək”

,

- Günel Quliyeva bildirib.

“Caspian Energy Holding” haqqında qısa məlumat

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən

bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz"

ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında

“Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli

Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq

imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”,

“Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy

International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research

Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-

hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər

xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq

proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən

yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən

5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking

platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas

məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər

ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq

layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlarəsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın

7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli

Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan

sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq

bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol

oynayan vahid işgüzar platformadır.

2004-cü ildən fəaliyyət göstərən “Caspian Energy EXIFOR Group” dünyanın 20-dən çox

ölkəsində “Caspian Energy Forum”, “Caspian Investment Forum”, Milli Biznesin İnkişafı

Forumu, Milli Maliyyə Əlçatanlığı Forumu, “Caspian Innovation Forum” və iqtisadiyyatın

fərqli istiqamətlərini əhatə edən beynəlxalq və milli forumlar, meetup-lar və dəyirmi masalar

təşkil edir.