Ceyhun Quliyev

Komplayns, hüquq və təhlükəsizlik üzrə komitəsinin sədri

 Caspel MMC – İdarə Heyətinin sədri

Quliyev Ceyhun Məhi oğlu 2 aprel 1973-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 3 saylı orta məktəbdə qızıl medalla başa vurub. 

1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil alaraq fərqlənmə diplomu ilə məzun olub. 

1998–2002-ci illərdə həmin universitetin Hüquq fakültəsində ikinci ali təhsil alıb.

1996–2003-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tabelliyində Bakı şəhər Baş Polis idarəsində çalışıb. 

2003–2005-ci illərdə "Caspian Elektroniсs" şirkətində Hüquq və İnzibati İdarəetmə direktoru vəzifəsini icra edib.

2005-ci ildən "Caspel" MMC-də fəaliyyət göstərir və hazırda İdarə Heyətinin üzvüdür.