Emin Xankişiyev
Sənaye və istehsal zəncirləri üzrə komitəsinin sədri
Uniser Group MMC – Direktor
Emin Misirxan oğlu Xankişiyev 4 sentyabr 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1994–1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və Audit fakültəsində bakalavr təhsili almışdır, daha sonra Azərbaycan Texniki Universitetinin Beynəlxalq Logistika və Təchizat Zəncirinin İdarəedilməsi üzrə MBA (magistr) təhsilini almışdır.
1997-2009-cu illər ərzində "Azersun Holding"ə daxil olan istehsal müəssissələrinin avtomatlaşdırılması prosesinə rəhbərlik etmişdir.
2011-ci ildən etibarən təsisçisi olduğu "Uniser Group" müəssəsi ilə həm özəl, həm dövlət sektorunda informasiya texnologiyaları, biznes proseslərin avtomatlaşdırılması və rəqəmsallaşdırma sahələrində innovativ həllər təqdim etməklə yanaşı nəqliyyat, logistika və təchizat zəncirinin avtomatlaşdırılması sahələrində də davamlı təkmilləşən məhsul və xidmətlər göstərməkdədir.
ADY-SMART və quru portların idarə ediləməsində ixtisaslaşmış U-DPAS (Universal Dry Port System) sistemi ilə isə Azərbaycan logistikasının rəqəmsallaşdırılması sahəsində bazara ilk lokal marka təqdim etmişdir.