İlqar Axundov
Neft, qaz, energetika və dekarbonizasiya üzrə komitəsinin sədri
Bon-Accord Engineering Supplies (Caspian) LTD – Direktor
İlqar Axundov 16 sentyabr 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur.
O, hazırda “Bon Accord Engineering Supplies (Caspian) Ltd.” şirkətinin direktoru və təsisçisidir. Şirkət neft və qaz sənayesi üçün boru məhsullarının təchizatı və anbar idarəetməsi sahəsində fəaliyyət göstərir.
İlqar Axundov ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində almışdır. O, 1992–1997-ci illərdə universitetdə İstehsalat və biznesin idarə edilməsi ixtisası üzrə təhsil alaraq magistr dərəcəsinə yiyələnmişdir.
Orta təhsilini 1981–1991-ci illərdə Bakı şəhərində yerləşən 83 nömrəli orta məktəbdə başa vurmuşdur.
İlqar Axundov ailəlidir və üç övladı var.