Nadir Babazadə

İnvestisiya və maliyyə üzrə komitəsinin sədri

ABB İnvest – İcraçı direktor

Nadir Babazadə 1988-ci il fevralın 15-də anadan olub. Orta təhsilini ABŞ-ın Kolorado ştatında yerləşən "Pritchett High School"da başa vurduqdan sonra 2006–2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xüsusi İstedadlar Qrupunda maliyyə ixtisası üzrə bakalavr təhsili alıb. 

2023-2024-cü illərdə İspaniyanın nüfuzlu ali təhsil müəssisəsi olan "IE Business School"un "Global Executive MBA" (GXMBA) proqramı üzrə təhsilini davam etdirib. Peşəkar fəaliyyətinə "Azercell Telecom" MMC-də başlayıb. Burada satış sahəsində yüksək nəticələr göstərib və əldə etdiyi nailiyyətlərlə biznesin strateji inkişafı və bazar payının genişləndirilməsinə əhəmiyyətli töhfə verib.

 Daha sonra "Unibank KB" ASC-nin Xəzinədarlıq departamentində şöbə rəhbəri kimi fəaliyyət göstərərək maliyyə bazarlarında effektiv idarəetmə və risk menecmenti bacarıqlarını nümayiş etdirib. Sonrakı illərdə "Unicapital İnvestisiya Şirkəti" ASC-də rəhbər vəzifədə çalışaraq şirkətin strateji hədəflərinə nail olunmasında mühüm rol oynayıb. Hazırda ölkənin aparıcı investisiya şirkətlərindən biri olan "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-də icraçı direktor vəzifəsində çalışır. Bununla yanaşı, Azərbaycan Kapital Bazarları Assosiasiyasında (AKBA) Direktorlar Şurasının üzvü və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində (MDM) Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərir.