Natiq Paşayev

ESG, korporativ məsuliyyət və ekologiya üzrə komitəsinin həmsədri

Caspel MMC – Baş icraçı direktor

Natiq Paşayev 1998-ci ildən “CATEL” MMC-də satış üzrə nəzarətçi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Bu müddətdə satış agentlərinin işinin effektiv təşkili, məhsul və istehsalat biliklərinin yoxlanılması, eləcə də komandanın davamlı inkişafı üçün təlimlərin təşkili və keçirilməsi istiqamətində aktiv fəaliyyət göstərmişdir. 

2000-ci ildən etibarən "Azercell Telecom" MMC-də fəaliyyətə başlamışdır. Qeyd edək ki, "Azercell" həmin dövrdə beynəlxalq telekommunikasiya qrupu olan "TeliaSonera"nın tərkib hissəsi idi və regionun ən güclü mobil operatorlarından biri sayılırdı. Natiq Paşayev şirkətdə müxtəlif rəhbər vəzifələrdə çalışmış, o cümlədən regional satış nümayəndəsi kimi fəaliyyətə başlamış, daha sonra regional pərakəndə satış və Bakı pərakəndə satış bölmələrinə rəhbərlik etmişdir. Fəaliyyəti dövründə bazar və rəqib analizlərinin aparılması, satış nöqtələrinin genişləndirilməsi, distribyutor şəbəkəsinin inkişafı, satış hədəflərinin müəyyən edilməsi və icrasına nəzarət kimi strateji istiqamətlərə rəhbərlik etmişdir.

 2010-cu ildən "Azercell" şirkətinin satış direktoru vəzifəsini icra etmişdir. Ümumilikdə, "Azercell"də 18 il çalışaraq satış strategiyasının formalaşdırılması və icrasında mühüm rol oynamışdır. 2018-ci ildən etibarən "KoçSistem" şirkətində satış şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmişdir. "KoçSistem" Türkiyənin ən böyük sənaye və investisiya qruplarından biri olan "Koç Holding"in aparıcı IT şirkətidir. Bu dövrdə satış, "presales" və satışa dəstək bölmələrini idarə etmiş, korporativ müştəri portfelinin genişləndirilməsi və iri layihələrin qazanılması istiqamətində əhəmiyyətli nəticələr əldə etmişdir.

 Yüksək performans və strateji idarəetmə bacarıqları nəticəsində 2019-cu ildən "KoçSistem-Azərbaycan" şirkətinin direktoru vəzifəsinə yüksəlmişdir. 2023-cü ildən etibarən “Caspel” MMC-də baş direktor vəzifəsini icra edir və şirkətin strateji inkişafı, satışın artırılması və əməliyyat effektivliyinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.