Qüdrət Hacıyev

Mədəniyyət, turizm, idman və yaradıcı sənayelər üzrə komitəsinin sədri

Summer Tour Azerbaijan – İcraçı direktor

Qüdrət Hacıyev peşəkar fəaliyyətinə aviasiya sahəsində başlamış və bu istiqamətdə əməliyyatların təşkili və koordinasiyası üzrə təcrübə qazanmışdır. Hazırda Azərbaycanın aparıcı tur operatorlarından biri olan "Summer Tour Azerbaijan" şirkətində icraçı direktor vəzifəsində çalışır. 

Turizm sektorunda fəaliyyəti çərçivəsində layihələrin idarə olunması, proseslərin təkmilləşdirilməsi və nəticələrin təhlili sahəsində sistemli yanaşma nümayiş etdirmiş, eyni zamanda beynəlxalq tərəfdaşlıqların qurulması, məhsul portfelinin inkişafı və bazar yönümlü layihələrin icrasında iştirak etmişdir. 

Sosial fəaliyyəti çərçivəsində 2019-cu ildən etibarən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin üzvü kimi sektorun institusional inkişafında aktiv rol almağa davam edir.