Samidə Qəniyeva

ESG, korporativ məsuliyyət və ekologiya üzrə komitəsinin həmsədri

166 Yükdaşıma və Logistika – Direktor müavini



Qaniyeva Samida Elmraz qızı 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. Ali təhsilini (bakalavr pilləsi üzrə) Moskva şəhərində yerləşən Dövlət İdarəetmə Universitetində almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Həmçinin təhsilini davam etdirərək eyni adlı universitetin magistratura təhsil pilləsinə qəbul olmuş və magistr dərəcəsini də fərqlənmə diplomu ilə bitirmişdir. Peşəkar fəaliyyətinə media agentliyində başlamış, burada müştəri xidməti və media sahəsində çalışmışdır. Daha sonra Moskva şəhərində istehsal sahəsində də iş təcrübəsi qazanmışdır. 

2016-cı ildən etibarən "156" və “166” şirkətlər qrupunda fəaliyyət göstərir. Karyerasına satış meneceri vəzifəsi ilə başlamış, hazırda isə direktor müavini vəzifəsini icra edir. Şirkətdə çalışdığı müddətdə beynəlxalq ISO standartlarının tətbiqində, texniki zonaların inkişafında və şirkətin daxili proseslərinin təkmilləşdirilməsində fəal iştirak etmişdir.