Vədiyə Ələkbərzadə

İnsan kapitalı, təhsil və liderlik üzrə komitəsinin sədri

Sağlam Ailə Tibb Mərkəzi – İdarəedici director

 

Vədiyə Ələkbərzadə Əfqan qızı Bakı şəhərində anadan olub.

2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində Beynəlxalq hüquq ixtisası üzrə bakalavr təhsili alıb.

2011–2013-cü illərdə həmin universitetin Hüquq fakültəsində Mülki və təsərrüfat hüququ ixtisası üzrə magistr dərəcəsi əldə edib.

2020–2023-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində Dövlət və bələdiyyə idarəçiliyi ixtisası üzrə ikinci ali təhsil alıb.

2023-cü ildən etibarən Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Beynəlxalq hüquq – İnsan hüquqları (süni intellekt və hüquqi tənzimləmə istiqaməti) üzrə doktorantura təhsili alır.

2012–2013-cü illərdə “Yusifbəyli və partnyorları” hüquq şirkətində hüquqşünas kimi fəaliyyət göstərib.

2013–2014-cü illərdə ASAN xidmətin 1 saylı mərkəzində Hüquqi yardım xidmətində hüquqşünas vəzifəsində çalışıb.

2014–2015-ci illərdə “Yeni Həyat Şirkətlər Qrupu”nun Hüquq departamentində korporativ hüquqşünas kimi fəaliyyət göstərib.

2016–2019-cu illərdə Gilan Holding tərkibində fəaliyyət göstərən “Az Duty Free Shops LTD” şirkətində Hüquq və insan resursları departamentində hüquqşünas, baş hüquqşünas və departament direktoru vəzifələrində çalışıb.

2020–2022-ci illərdə Elektron Hökumətin İnkişafı Mərkəzi PHŞ-də Vətəndaşlarla və sənədlərlə iş şöbəsinin müdiri vəzifəsində işləyib.

2023-cü ildən etibarən Bakı Dövlət Universitetinin Hüquq fakültəsində İnsan hüquqları, İnformasiya və UNESCO kafedrasında müəllim kimi fəaliyyət göstərir.

2023-cü ildən “VIVID and PARTNERS” MMC-nin direktorudur.

2024-cü ilin noyabr ayından etibarən “SAĞLAM AİLƏ” MMC-də direktor müavini vəzifəsində çalışır.

2026-cı ilin fevral ayından Özəl Tibb Müəssisələri Assosiasiyasının Hüquq və etika komitəsinin sədri vəzifəsini icra edir.

2026-cı ilin mart ayından etibarən “SAĞLAM AİLƏ” Tibb Mərkəzləri Şəbəkəsinin idarəçi direktoru vəzifəsində fəaliyyət göstərir.