NATİQ PAŞAYEV "Caspel" MMC
Baş Direktor

Natiq Paşayev 1998-ci ildən "CATEL MMC"də satış üzrə nəzarətçi vəzifəsində çalışmış, satış agentlərinin işinin idarə edilməsi, istehsal üzrə biliklərinin yoxlanılması və onların təlimi ilə məşğul olmuşdur.

2000-ci ildən "Azercell Telecom" MMC-də regional satış nümayəndəsi vəzifəsində fəaliyyətə başlamış, rəqib və bazar tendensiyalarının qiymətləndirilməsi, satış nöqtələrinin sayının artırılması, satış məntəqələrinin işinin idarə edilməsi və orada “Azercell” məhsullarının olmasının təmin edilməsi, işçilərin “Azercell” istehsalat biliklərinin yoxlanılması və onların təlimi, həmçinin reklam yerləşdirilməsi, satışı və icra nəzarətinin həyata keçirilməsində mühüm rolu olmuşdur. Natiq Paşayev fəaliyyət göstərdiyi müddət ərzində korporativ satış, Bakı pərakəndə satış, regional pərakəndə satış, təhlil və hesabat, SİM kart satışı bölmələrini idarə etmiş və nəzarəti ilə məşğul olmuşdur. Həmçinin büdcə və gəlirlərin idarə edilməsi, “Azercell” məhsul satışı ilə bağlı distribyutorlar üçün hədəflərin müəyyyən edilməsi ilə məşğul omuşdur. 2013-cü ildən regional bölmənin satış direktoru, 2014-cü ildən Bakı bölməsinin satış direktoru olmuşdur. Ümumilikdə, "Azercell Telecom" MMC-də 18 il fəaliyyət göstərmişdir.

2018-ci ildən “KoçSistem” şirkətində satış şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmişdir. Həmin müddət ərzində satış, satışdan əvvəl, satışa dəstək bölmələrini idarə etmişdir. Yüksək nəaliyyətlər nəticəsində 2019-cu ildən etibarən “KoçSistem” şirkətinin direktoru olaraq fəalliyyətini davam etdirmişdir.

2023-cü ildən etibarən “Caspel” MMC-də baş direktor vəzifəsini icra edir.