Əliyev Telman Eldar oğlu 1976-cı il avqustun 3-də Bakıda anadan olub.
1991-ci ildən Xəzər-Qara dəniz və Baltikyanı regionlarda bir sıra elektron və çap kütləvi informasiya vasitələrinin, internet portallarının, marketinq və konsaltinq şirkətlərinin yaradılmasının təşəbbüskarı, rəhbəri və məsləhətçisi kimi fəaliyyət göstərib.
1999-cu ildən “Caspian Energy International Media Group”un Direktorlar Şurasının sədridir.
2001-ci ildən etibarən Azərbaycan, Rusiya, Qazaxıstan, Gürcüstan, Türkiyə və Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən energetika şirkətləri, maliyyə və investisiya-sənaye qruplarına marketinq, brend menecmenti, PR və hökumətlə əlaqələr üzrə məsləhətçi kimi çalışır.
2008-ci ildən idmançıların beynəlxalq yarışlarda nəticələrinin yaxşılaşdırılması məqsədilə psixoloq və krizis meneceri kimi Azərbaycan, Qazaxıstan və Gürcüstanın idman federasiyaları ilə əməkdaşlıq edir.
2002-ci ilin iyun ayından “Caspian Energy Club”ın sədrinin birinci müavini və baş icraçı direktoru, 2020-ci il martın 3-dən isə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktorudur.
2017-ci il noyabrın 24-dən “www.TELLMANN.show” layihəsinin müəllifi və rəhbəridir.
2025-ci il martın 3-dən Azərbaycan Milli Biznes Assosiasiyasının (Milli.Biz) sədrinin birinci müavinidir.
2025-ci il avqustun 3-dən “Caspian Energy Holding”in Direktorlar Şurası sədrinin birinci müavinidir.