Caspian Innovation Forum

Caspian Innovation Forum

“Caspian Innovation Forum” innovasiya, rəqəmsal transformasiya, süni intellekt və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri, dövlət qurumlarını və ekspertləri bir araya gətirən beynəlxalq platformadır.  

“Caspian Innovation Forum” Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının çərçivəsində fəaliyyət göstərən işçi qruplarının dəstəyi ilə fəaliyyət göstərir. 

Forum rəqəmsal və innovativ texnologiyaların tətbiqini təşviq edir, startapların inkişafına dəstək verir, investisiyaların cəlb olunmasına və innovativ həllərin beynəlxalq bazarlara çıxışına şərait yaradır.  

“Caspian Innovation Forum”un əsas mövzuları sırasında  rəqəmsal texnologiyaların inkişafı və informasiya texnologiyaları sahəsində qanunvericilikdə gözlənilən dəyişikliklər kimi aktual məsələlər müzakirə edilir.  

“Caspian Innovation Forum” Azərbaycanda ildə iki dəfə, Xəzər-Qara dəniz və Baltikyanı regionlarının ölkələrində isə ildə dörd dəfə keçirilir. 

Bizə müraciət