Rəhim Ələddin oğlu Sultanov 17 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Bakıda orta məktəbi bitirib. 1985-ci ildə Xarkov Hüquq İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1985-ci ilin avqust ayında Rusiya Federasiyasının prokurorluq orqanlarında başlayıb. 1991-ci ilin sentyabr ayından 2001-ci ilin yanvar ayınadək Azərbaycan Respublikasının Prokurorluq orqanlarında çalışıb. Daha sonra “Caspian Services” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri vəzifəsində fəaliyyət göstərib.