Namiq Məmmədov

Namiq Məmmədov 1 fevral 1976-cı ildə Qərbi Azərbaycanın Böyük Qarakilsə şəhərində anadan olmuş azərbaycanlı ictimai xadim və iş adamıdır. Ailəsi ilə birlikdə Bakıya köçmüş, orta təhsilini müxtəlif məktəblərdə davam etdirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndis iqtisadiyyatı və idarə olunması” ixtisası üzrə ali təhsil almışdır. Daha sonra Bakı Dövlət Universitetində hüquqşünas ixtisası üzrə, həmçinin O. Y. Kutafin adına Moskva Dövlət Hüquq Universitetində (MDHU) hüquq təhsili almışdır.Əmək fəaliyyətinə müxtəlif şirkətlərdə menecer və rəhbər vəzifələrdə başlayaraq, 2008-ci ildən etibarən “Caspel” şirkətinin İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərir. Onun rəhbərliyi dövründə şirkət informasiya texnologiyaları, rəqəmsal transformasiya və sistem inteqrasiyası sahələrində bir sıra iri layihələrin həyata keçirilməsində iştirak etmişdir.İctimai fəaliyyət çərçivəsində İctimai Televiziya və Radio Yayımları Şurasının üzvü olmuş, informasiya texnologiyaları, idarəetmə və innovasiya sahələrində müxtəlif təşəbbüs və layihələrin reallaşdırılmasında iştirak etmişdir.6 fevral 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına verdiyi töhfələrə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Ailəlidir, iki övladı var.