Böyük Britaniya

Rəşad Şəkərov

Caspian Energy Club United Kingdom

“Caspian Energy Club UK” 2024-cü ilin fevral ayında təsis edilib.

“Caspian Energy Club UK”in İdarə Heyətinin sədri Rəşad Şəkərovdur.

Rəşad Şəkərov, 1979-cu ildə anadan olub.

1998-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasından məzun olub.

2013-2018-ci illərdə Londonda “Chartered Shipbrokers”   Institutunda təhsil alıb və həmin institutun fəxri üzvüdür.

2021-ci ildə “World Maritime Universiteti”nin, “Yüksək Dəniz İdarəçiliyi” ixtisasi üzrə aspirantura pilləsini bitirib.

Hal-hazırda təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında davam etdirir.

İş fəaliyyətinə 1998-ci ildə “Caspian Shipping Company”də quru yük gəmiləri, tankerlər və bərələrdə 3-cü və 2-ci məmur vəzifələri ilə başlamışdır.

2004-cü ildə karyerasını İstanbulda yerləşən “Golden Ocean Maritime Co. Ltd.”, daha sonra isə Azərbaycan Dövlət Dəniz Administrasiyasında pasport şöbəsinin müdiri vəzifəsində davam etdirmişdir.

2007-2017-ci illər arasında Rəşad Şəkərov Qazaxıstan,  AGT regionu, Əbu-Dabidə “Caspian Mainport”, “Noble Denton”, “BP”, “DNG GL”, “Noble Denton Associates”, “Hyundai Engineering and Construction” kimi şirkətlərdə işləmişdir.

2017-2018-ci illərdə “Azerbaijan Marine and Engineering Consultants LTD.” şirkətində direktor vəzifəsində çalışmışdır.

2018-ci ildə “Blue Water Shipping” şirkətinin Qazaxıstandakı “Future groüth project” (FGP) layihəsi üzrə İngiltərədən gələn gəmilərin qəbulu və beynəlxalq daşımalar üzrə superintendent (idarə edici rəhbər) vəzifəsində çalışmışdır.

2018-2019-cu illərdə “Caspian Marine Services B.V.” Azərbaycan filialının direktor müavini kimi fəaliyyət göstərmişdir.

2019-2021-ci illər ərzində “Azerbaijan Caspian Shipping Company QSC”də layihələrin idarə edilməsi departament rəisi vəzifəsində çalışmışdır.

2021-ci ildən etibarən “Azerbaijan Maritime Engineering and Construction” MMC şirkətinin sahibi və eyni zamanda baş icraçı direktoru vəzifəsində fəaliyyətini davam etdirir.

Yarandığı gündən etibarən, “Caspian Energy Club UK” nümayəndəliyi Azərbaycanı bir çox beynəlxalq tədbirlərdə təmsil etmiş, ikitərəfli görüşlərdə iştirak etmiş, bir sıra forumlar və B2B, B2G və M2M görüşlər təşkil etmişdir ki, bu da biznes və hökumət, habelə iki ölkənin özəl sektorları arasında qarşılıqlı fəaliyyət sahəsində üfüqləri genişləndirməyə kömək edir.

Missiyamız və məqsədimiz:

“Caspian Energy Club UK”in yaradılmasının əsas məqsədi ilk növbədə bu ölkədə özəl və dövlət sektorunun nümayəndələrini Azərbaycanın və fəaliyyət göstərdiyimiz digər ölkələrin investisiya potensialı, münbit iqtisadi şərait, dayanıqlı inkişaf, aparılan islahatlar, iri layihələrin icrası ilə bağlı yeniliklər haqqında mütəmadi məlumatlandırma və bu proseslərə maraq oyadaraq cəlb etməkdir.

Missiyamız fəaliyyət göstərdiyimiz ölkələrin sahibkarları arasında davamlı dialoqun qorunması, habelə bu ölkələrin B2G, B2B və B2C dialoqunun inkişafına töhfə verməkdir.


Əlaqə:

Telefon: +99477 429 00 30

E-poçt:international@caspianenergy.club