
Milli Maliyyə Əlçatanlığı Forumu maliyyə xidmətlərinin əlçatanlığının artırılması, innovativ maliyyə alətlərinin tətbiqi və dayanıqlı maliyyə həllərinin təşviqi məqsədilə təşkil olunur.
Milli Maliyyə Əlçatanlığı Forumu Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının çərçivəsində fəaliyyət göstərən işçi qruplarının dəstəyi ilə fəaliyyət göstərir.
Forum çərçivəsində yaşıl maliyyə, ESG standartları, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, qadın sahibkarlığının inkişafı, startapların dəstəklənməsi və maliyyə savadlılığının artırılması kimi mövzular müzakirə edilir. Eyni zamanda, qadın sahibkarların maliyyələşdirilməsi, kiçik və orta sahibkarlığa dəstək mexanizmləri və startaplar üçün dəstək proqramlarının inkişaf etdirilməsi məsələləri də forumun gündəliyinin diqqət mərkəzində olur.
Milli Maliyyə Əlçatanlığı Forumunun xüsusi sessiyalarını il ərzində Azərbaycanın müxtəlif regionlarında keçirilir.