Şirkət haqqında: Azərbaycan qazma məktəbinin hüquqi və mənəvi varisi SOCAR-ın Kompleks Qazma İşləri Tresti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2007-ci ilin mart ayında təsis edilmişdir. Kompleks Qazma İşləri Tresti IADC (Beynəlxalq Qazma Podratçıları Assosiasiyası) təşkilatının tamhüquqlu üzvüdür. Yüksək ixtisaslı mütəxəssis heyəti və bütün müasir standartlara cavab verən yaxşı təchiz olunmuş istehsal bazası sayəsində şirkət bütün növ sənaye fəaliyyətini uğurla həyata keçirməyi bacarır. Trest tərəfindən həyata keçirilən mühüm layihələr arasında “Ümid” yatağını kəşf edən quyunun qazıntısı, Qərbi Abşeron və Pirallahı yataqlarında horizontal quyuların qazıntısı, yeraltı qaz anbarlarının genişləndirilməsi layihəsi və Bulla dəniz yatağında yüksək debitli qaz-kondensat quyularının istismara verilməsi kimi layihələr var. İstehsal peşəkarlığı və texnoloji təminat səviyyəsi SOCAR Kompleks Qazma İşləri Trestini Respublikamızın ən böyük və qabaqcıl milli qazma işlərini həyata keçirən təşkilatına çevirir. Ünvan: Azərbaycan, Az1033, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymatulla küç., 105 Tel.: (+994 12) 521-31-93; 521-20-10 Faks: (+994 12) 521-32-00 E-mail: office.cdwt@socar.az URL: www.socar.az |