| Şirkət haqqında: Marketinq və iqtisadi əməliyyatlar idarəsi (MİƏİ) SOCAR-ın maraqlarına uyğun neft və neft məhsullarının ölkə daxilində və dünya bazarında səmərəli satışının həyata keçirilməsi məqsədilə yaradılmışdır. İdarə həmçinin SOCAR-ın iştirakı ilə yaradılan Müştərək Müəssisələr və Hasilatın pay bölgüsü sazişləri əsasında fəaliyyət göstərən Əməliyyat Şirkətləri tərəfindən hasil olunmuş karbohidrogenlərin satışı əməliyyatlarında iştirak edir. MİƏİ-nin məqsədini alıcılara neft və neft məhsulların səmərəli satışınının həyata keçirilməsi, həmçinin yeni satış bazarlarının mənimsənilməsi təşkil edir. Neftin ixracı 3 boru kəməri vasitəsilə həyata keçirilir: Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Bakı-Supsa, Bakı-Novorossiysk. Bakı- Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri vasitəsilə "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil olunan "Azəri Layt" markalı neftin ixracı həyata keçirilir. Şahdəniz yatağından hasil olunan kondensat BTC boru kəməri vasitəsilə ixrac edilir. SOCAR -a məxsus yataqlardan hasil olunan xam neftin ixracı Bakı-Novorossiysk boru kəməri vasitəsilə həyata keçirilir. SOCAR-ın MİƏİ neft məhsullarının, o cümlədən, L-62 (D-01) markalı dizel yanacağının, reaktiv mühərriklər üçün TS-1 markalı yanacağının, həmçinin metanolun, karbamidin və neft-kimya məhsullarının ixracını da həyata keçirir. Ünvan: Azərbaycan, AZ1025, Bakı ş., Sabit Orujov küc., 28 Tel: (+99412) 521-04-51 Fax: (+99412) 496-73-43 E-mail: office.mo@socar.az URL: www.socar.az/mo |

